Sebastyan Fettel "Formula 1" üzrə Melburn Qran-prisinin qalibi olub

"Formula 1" üzrə 2018-ci il dünya çempionatına start verilib. "Report"un məlumatına görə, mövsümün ilk Qran-prisi Avstraliyanın Melburn şəhərində təşkil olunub. Yarışın qalibi adını "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qazanıb. O, 58 dövrəlik mübarizəni 1 saat 29 dəqiqə 33,283 saniyəyə başa vurub. Fettel qalib olduğu üçün aktivinə 25 xal yazdırıb. İkinci yeri ondan 5,036 saniyə geri qalan "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton qazanıb. Hemilton 18 xal toplayıb. "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykonnen isə liderdən 6,309 saniyə geri qalaraq, üçüncü olub. O, 15 xala yiyələnib. Ümumilikdə 20 pilotdan 5-i yürüşü başa vura bilməyib. Daha 5 pilot isə xalsız qalıb. Növbəti Qran-pri aprelin 8-də Bəhreyndə keçiriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












