Şəhərətrafı avtobuslara nə qədər ödəyək?

Tarif Şurası ölkədə nəqliyyatın qiymətinə dəyişiklik edəndən sonra bəzi suallar hələ də açıq qalıb. Belə ki, qərara görə metro və şəhərdaxili avtobuslarda qiymət 30 qəpik müəyyən olunub. Şəhərətrafı marşrut xətləri üzrə qiymətlər isə məsafəyə görə (hər kilometrə görə 0,024 qəpik) hesabalanacaq. Lakin hansı qəsəbəyə qiymətin nə qədər olacağı hələ də açıqlanmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq şəhərətrafı yaşayış yerlərinə tətbiq olunan qiymətlər bəllidir: “Yeni qiymətlər hesablanıb və hazır formada daşıyıcılara təqdim olunub. Daşıyıcılara tapşırıq verilib ki, sürücülər də təlimatlandırılsın. Yəni, ilk günlərdə qiymətdən məlumatı olmayan və ya şəhərə yeni gələn şəxslərlə qiymət artımı barəsində mübahisə etməsinlər. Çünki bəzi sərnişinlər bundan xəbərsiz ola bilər, buna görə də sürücülər səbrli davranmalıdırlar. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları və daşıyıcıların əməkdaşları gün ərzində marşrut avtobuslarında nəzarəti gücləndirəcəklər ki, hər hansı xoşəgəlməz hadisə baş verməsin və ya daşıyıcılar, sürücülər süni qiymət artımına yol verməsinlər”. M.Ağayev qeyd edib ki, şəhərətrafı yaşayış yerləri üçün müəyyən edilən yeni qiymətlər gün ərzində ictimaiyyətə də açıqlanacaq.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












