Şəhid polkovnikin övladı atasının ad günündə çempion oldu - FOTO

Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb. Avtosfer.az xəbər verir ki, bu barədə karabakhmedia.az-a məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. “Nəiminin 7 yaşı var. Amerikada güləş üzrə keçirilən birincilikdə qələbə qazanıb. Həm də qələbəsini atasının ad gününə hədiyyə edib. Nəimi vətənpərvər ruhda tərbiyə alır. Uşaq olmasına baxmayaraq, Azərbaycanın adını ucaltmaq istəyir. Artıq ilk addımlarını atıb.
Qeyd edim ki, Nəimi 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da MTN -in (DTX) Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyatı zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevin oğludur. Elşad Quliyev Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində fəal iştirak etmişdi. 2005-ci ildə “İgidliyə görə”, 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur”.

İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










