Şəhidlik - Ölümün ölümsüzlük zirvəsidir!

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhid Aqşin Abdullayevin doğum günü ilə əlaqədar onun doğulub, boya-başa çatdığı Kiş kəndində anım tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin silah yoldaşları, eləcə də ailəsi və yaxınları iştirak ediblər. Əvvəlcə Kiş kənd qəbiristanlığında Aqşinin məzarı üzərinə gül dəstələri qoyulub, daha sonra mərasim Kiş kənd Heydər Əliyev adına 1 saylı orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları ilk öncə məktəbdə şəhidlərə həsr edilmiş güşə ilə tanış olublar, daha sonra tədbirə start verilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Əbülfət Rzayev bildirib ki, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə ölkə rəhbərliyi tərəfindən daima yüksək diqqət göstərilir, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ölkə vətəndaşlarının illərlə ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə yolunda canından keçən şəhidlərimiz hər zaman xalqımızın qəhrəmanlıq tarixində yaşayacaq və xatırlanacaq. Ə. Rzayev şəhid Aqşin Abdullayevin keçdiyi ömür yolundan, qəhrəmanlıqlarından, Vətənə olan sevgisindən danışıb, onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib. O, deyib ki, Azərbaycan Respublikasının “ Şücaətə görə” medalı ilə Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq, şücaət göstərən hərbi qulluqçılar və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər. Bu medalla ilk dəfə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan 5 hərbi qulluqçu təltif olunub ki, onlardan da biri məhz Aqşin Abdullayevdir.
Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənov şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs edib. Onun qəhrəmanlıq göstərərək yoldaşlarını xilas etmək üçün ölümə getdiyi xüsusi vurğulanıb. O, bildirib ki, şəhidlik zirvəsinə çatmaq hər kəsə qismət olmur və şəhidlər heç zaman ölmür.
Rayon prokuroru Elmar Camalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi Yalçın Sadıqlı müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan A.Abdullayev kimi bütün igidlərimizin davamçıları üçün bir örnək olduğunu vurğulayıblar.
Tədbirdə Aqşinin müəllimləri, sinif yoldaşları çıxış edərək, təhsil aldığı dövrlərdə onun mərd, tərbiyəli və həmişə öncül şagird olduğunu bildiriblər. Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda Aqşin Abdullayevə həsr edilən videoçarxlar nümayiş etdirilib, anım tədbiri vətənpərvər ifalarla yekunlaşıb.
Mahir Məsimov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
















