Səhlab Bağırov: “Sabahki mitinqin təşkilatçılarına xəbərdarlıq edilib”

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov “Report”a açıqlamasında bildirib ki, bu gün mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib. General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər. Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir. Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”. Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












