Şəkidə altı gün əvvəl avtomobilin vurduğu piyada ölüb

Şəkidə altı gün əvvəl avtomobilin vurduğu Balakən rayon sakini Bakıda müalicə aldığı xəstəxanalardan birində ölüb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Balakən rayonu, Meşəşanbul kənd sakini, 1968-ci il təvəllüdlü Ramiz Məhəmməd oğlu Ömərov bu gün səhər saatlarında Bakıda müalicə aldığı xəstəxanada ölüb. R.Ömərovun meyiti müayinə edilmək üçün bu gün günorta saatlarında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, R.Ömərov dekabr ayının 2-si yaşadığı Balakən rayonundan Şəki şəhərinə tibb kolecində oxuyan qızını ziyarət etməyə gedib. Elə həmin gün axşam saatlarında R.Ömərov şəhərin Sabit Rəhman prospektində yolu keçmək istəyən zaman rayonun Oxut kənd sakini Ülvi Məmmədlinin idarə etdiyi “VAZ 2106” markalı 55-CA-423 dövlət nömrə nişanlı minik avtomibili tərəfindən vurulub. Qəzadan sonra R.Ömərovun müalicəsi Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində aparılıb. Bir neçə gün sonra R.Ömərovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi. Faktla bağlı araşdırma aparılır.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












