Şəkidə meşə ərazisində silah-sursat tapılıb

Şəki rayonunda meşədə və yol kənarından xeyli silah-sursat tapılıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı rayonun Öyrət kəndi yaxınlığında meşəlik ərazidə şübhəli bağlamanın işərisində bir ədəd AK 74 markalı 5,45 çaplı Kalaşnikov silahı, bir ədəd həmin silaha aid daraq, 14 ədəd həmin silaha aid güllə, bir ədəd lüləsi kəsilmiş İJ-18 markalı tək lülə ov tüfəngi götürülüb. Əməliyyatın davamı olaraq rayonun İncə kəndinə gedən yolun kənarındakı kolluqda şübhəli bağlamanın içərisindən isə bir ədəd Makarov tipli tapanca, bir ədəd ona aid boş daraq, bir ədəd Rusiya istehsalı olan Pnevmatik qaz tapancası və bir ədəd ona aid qaz balonu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












