Səkkiz nəhəng dövlət İrana qarşı birləşdi – Hərbi koalisiya yaradıldı

Cənubi Koreya Xarici İşlər Nazirliyi Hörmüz boğazının açılması və beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılan beynəlxalq koalisiyaya rəsmən qoşulduğunu elan edib.
Avtosfer.az xəbər verir ki, Seul bu addımı ilə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland və Kanadanın yer aldığı müştərək bəyanata imza ataraq, İranın boğazı faktiki bağlamasını və ticarət gəmilərinə hücumlarını kəskin pisləyib.
Nazirliyin rəsmi açıqlamasında vurğulanır ki, boğazdakı fasilələr Cənubi Koreyanın enerji təchizatına və milli iqtisadiyyatına birbaşa təhlükə yaratdığı üçün ölkə təhlükəsiz keçidin təmin olunmasında fəal iştirak etməyə hazırdır. Bu qərar Seulun regiondakı hərbi mövcudluğunu artıra biləcəyi və xüsusilə Cənubi Koreya HDQ-nin "Çonhe" antiterror bölməsinin Hörmüz sularında patrul xidmətinə cəlb olunacağı ehtimalını kəskin artırıb.
Analitiklər qeyd edirlər ki, dünyanın aparıcı iqtisadiyyatlarının bu cür kütləvi birləşməsi İranın "enerji şantajı"na qarşı qlobal müqavimət cəbhəsinin tam formalaşdığını göstərir. Hazırda bu 8 dövlətin hərbi gəmilərinin birgə fəaliyyəti və ABŞ-ın "Azad Naviqasiya" əməliyyatına dəstək verməsi planlaşdırılır ki, bu da Tehranın boğaz üzərindəki nəzarətini tamamilə itirməsi ilə nəticələnə bilər./musavat.com
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













