Sel avtomobillərə zərər vurdu

Zaqatala rayonu ərazisində Talaçayın məcrasından daşması nəticəsində rayonun 10-a yaxın kəndinə ziyan dəyib. Avtosfer.az xəbər verir ki, bu barədə “Trend”ə rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, hazırda rayonun Fövqəladə Hallar Komissiyası kəndlərə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar aparır: "Əsasən, Tala, Mazıx, Maqov, Böyük Tala, Danaçı, Çobankol, III Tala və digər kəndlərinə ziyan dəyib. Çayın daşması nəticəsində vətəndaşların həyətyanı sahələrini su basıb, əkin sahələri məhv olub. Sahələri lil basıb. Artıq dəymiş ziyanla başlı aktlar yığılıb, ziyanın miqdarı bu gün müəyyənləşəcək".
Y. Məmmədov bildirib ki, hadisə nəticəsində vətəndaşların avtomobillərinə də ziyan dəyib.
Xatırladaq ki, qeyri-sabit hava şəraiti nəticəsində Talaçayın Zaqatala rayonu ərazisindən keçən hissəsində daşqın olub.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












