Sel Balakəndə körpüləri uçurdu - Video

Ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Güclü yağışlardan sonra yaranan sel nəticəsində Balakəndə Dəliçay daşıb. 50-dən çox evə su dolub. Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb.
Avtosfer.az xəbər verir ki, körpülər uçub, məzilləri su basıb. Dağlara yağan leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, Dəliçay çayı məcrasından çıxıb.
Çayın hər iki sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb,10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.
Kənd sakinlərinə məxsus 10 hektar tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri olmaqla ümumilikdə 150 hektar ərazi sel suları altında qalıb. Dəliçay üzərindəki 8 kiçik körpü də uçub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.
Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb.Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb. Bərpa və təmizlik işləri üçün ərazilərə texnikalar va canlı qüvvə cəlb olunub.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












