Sel fəlakəti: 20 ölü, 40 yaralı

İordaniyanın Ölü dəniz rayonunda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, 40-dan çox insan isə xəsarət alıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti selin apardığı məktəb avtobusunda olan 14 yaşadək uşaqlardır. Ekskursiya zamanı içərisində 37 şagird və onları müşayiət edən 7 müəllimin olduğu avtobusu güclü sel körpüdən aşırıb. Təbii fəlakətin əsas zərbəsinin dəydiyi Əl-Əhvar regionunda iki mindən çox insanın iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata aviasiyanın da cəlb olunduğu bildirilir. Ölü dənizdə baş verən faciə ilə bağlı ölkədə bayraqlar endirilib. Rəsmi məlumata əsasən, təsdiq edilən marşruta baxmayaraq, ekskursiya təşkilatçıları yolu dəyişib və bununla da avtobus təbii fəlakətin mərkəzinə düşüb. Xatırladaq ki, İordan çayının Ölü dəniz rayonu dünyanın ən alçaq hissəsidir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












