Sələmçi qadının tutdurduğu şəxslərə bəraət verildi

Bakıda quldurluqda təqsirləndirilən 1970-ci il təvəllüdlü Cavid Aslanov və 1973-cü il təvəllüdlü Nəriman Heydərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə apellyasiya şikayəti təmin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Hər iki təqsirləndirilən şəxsə bəraət verilib. Onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Heydərov 11 il 6 ay, C.Aslanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Cavid Aslanov və Nəriman Heydərov Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxlanıb. Onların həbsinə səbəb Naxçıvan sakini, yaşlı qadının iddia ərizəsi olub. Belə ki, Zemfira Baxışəliyeva 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək quldurluqla üzləşdiyini bildirib. O, ilkin izahatında qeyd edib ki, üç nəfər naməlum şəxs evinə basqın edib, həmin şəxslər onun 20 min manatını, 800 manat dəyərində qızılını aparıb. Qeyd edək ki, Zemfira Baxışəliyeva əvvəllər məhkum olunub. O, ərini xüsusi amansızlıqla öldürdüyü üçün doqquz il həbsxana həyatı yaşayıb. Həbsdən çıxan Zemfira Baxışəliyeva Binəqədi qəsəbəsində məskunlaşıb. Onun faizə pul verən qadın kimi də tanındığı bildirilir.
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO










