“Selfi polisi” yaradılır

Avstraliya hökuməti turistlərin təbii gözəlliklər fonunda şəkil çəkdirmək həvəsindən yaranan təhlükənin qarşısını almaq üçün yeni polis bölməsi - “selfi polisi” yaratmağı planlaşdırır. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bir çox hallarda turistlərin bu cür istəkləri onların ölümü ilə nəticələnir. Yeni bölmənin əməkdaşları foto həvəskarları arasında populyarlığı ilə seçilən yerlərdə növbə çəkərək, onları gözlənilən təhlükə barədə xəbərdar edəcəklər. Belə ərazilərin daha çox ölkənin qoruq rayonlarında olduğu bildirilir. Həmin populyar obyektlərdən biri Kral Milli Parkında yerləşən qayanın çıxıntısıdır. Birbaşa okean üzərində yerləşən bu qaya selfi həvəskarlarının ən sevimli yeri hesab edilir. Lakin mütəxəssislərin rəyinə görə, kövrək qum dənələrindən ibarət olan qaya istənilən məqamda çökə bilər. Qeyd olunur ki, turistlərin ölümü ilə nəticələnən hadisələr sırasında selfi altıncı yeri tutur.
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO










