Selin dağıtdığı piyada körpüsü bərpa edildi - Göyçayda

Göyçay rayonunda sel nəticəsində dağılan piyada körpüsü bərpa olunub. Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, iyunun 3-də Agentlik əməkdaşları ərazidə hərəkətin bərpa edilməsi üçün işlərə başlayıblar: "Bütün ağır texnika və canlı qüvvə əraziyə cəlb edilib. Sel nəticəsində dağılan piyada körpüsü artıq bərpa edilərək əhalinin istifadəsinə verilib. Göyçay rayon İcra Hakimiyyəti əhalinin daşınması üçün körpünün hər iki tərəfinə xüsusi avtobuslar təhkim edib. Hazırda piyada hərəkəti bərpa edilib".
Qurum rəsmisi bildirib ki, avtomobil yolunun bərpası işlərinə də başlanılıb: "Hazırda çayın yuxarı hissəsindən müvəqqəti alternativ avtomobil yolunun çəkilməsinə başlanılıb. Çayın məcrasını dəyişdirirlər ki, ərazidə işləmək mümkün olsun. Əraziyə beton borular gətirilib. Çayın üzərinə beton borular düzülməklə həmin boruların üstündə yol çəkiləcək. Bu işlərdən sonra dağılan körpünün bərpasına başlanacaq".
A.Nəcəfli qeyd edib ki, ümumilikdə sel körpüyə xəsarət yetirməyib: "Körpü və dayaqları yerindədir. Sadəcə olaraq sel suları sahil-mühafizə bəndini dağıdıb. Körpünün kənarındakı sutənzimləyici qurğunun dağıdılması nəticəsində çayın məcrası genişlənib və üstündə olan yol dağılıb. Həmin hissə körpünün yanaşma yolu sayılır. Ona görə də ehtimal odur ki, ərazidə yeni körpü tikilməyəcək, əvvəlki körpü bərpa olunacaq".
O deyib ki, bir həftəyə ərazidə müvəqqəti avtomobil yolu salınacaq və avtomobillərin hərəkəti bərpa ediləcək.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










