Şəmkirdə evdən narkotik maddə tapılıb - FOTO

Şəmkir rayonunda evdən narkotik maddə tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayonunun Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman yaşayış evinin həyətində yerləşən tövlənin damında asılı vəziyyətdə 2 ədəd 6 kiloqram çəkidə, bundan əlavə yaşayış evinin müxtəlif yerlərindən ümumi çəkisi 1 kiloqram 428.423 qram çəkidə müxtəlif sellofan və kibrit qutularında qablaşdırılmış marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan














