Şəmkirdə iki qardaş bıçaqlandı: onlardan biri ölüb - YENİLƏNİB

Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
*** 19:42
Şəmkir rayonunda 2 nəfər bıçaqlanıb. Hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda şəxsiyyəti dəqiqləşdirilən digər yaralı isə xəstəxanaya çatdırılarkən yolda keçinib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib. Hadisənin başvermə səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












