Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO

Artıq 25 gündür ki, Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması prosesi ilə əlaqədar metronun “28 May” stansiyası ilə “Nizami” stansiyaları arasında ekspres avtobuslar fəaliyyətə başlayıb. Avtobuslar yalnız metro xətləri üzrə fəaliyyət göstərir və əlavə dayanacaqlarda saxlamır. Belə avtobusların fəaliyyətə başlaması cəmiyyətdə əlavə xərc olaraq düşünülsə də, daha sonra ekspres avtobusların mahiyyətini başa düşdükləri üçün necə istifadə edəcəklərini də öyrənməyə başlayıblar.
Sentyabrın 7-si nəqliyyat ekspertləri Elməddin Muradlı və Rauf Ağamirzəyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbərliyi ilə birlikdə ekspres avtobusların fəaliyyətini yaxından izləyə biliblər. Sərnişinlərlə birlikdə səyahət edən ekspertlər və AYNA rəhbərliyi onları narahat edən məsələləri dinləyib. Səyahətdə iştirak edən Elməddin Muradlı təəssüratlarını öz sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, Nərimanov rayonunda metroya minib “28 May” metrosuna gəliblər. Buradan da ekspress marşrutla “Elmlər Akademiyası” metrosuna yollanıblar.

“Təxminən 23 dəqiqəyə “Elmlər Akademiyası” metrosuna çata bildik. Avtobusda sıxlıq yox idi. Qrafik üzrə ardıcıl hərəkət təmin edilib. Dərs ili başlayanda vəziyyət dəyişəcəyi təqdirdə bu istiqamətdə əlavə avtobuslar ayrılacaq.
Bəri başdan deyim ki, gedişhaqqını özümüz ödədik. Çoxdandır ictimai nəqliyyatdan istifadə etmirdim. Maraqlı bir səyahət oldu.
Bəzi avtobuslarda orta qapıya da validatorlar quraşdırılıb ki, bu da sərnişinlərin rahatlığı üçün faydalıdır. Amma deyəsən bəzi sərnişinlər arxa qapıdan minərkən ödəniş etmirlər deyə sürücülər çox narahatdır. Ümid edirik ki, sərnişinlər onlar üçün yaradılan bu imkandan sui-istifadə etməyəcək. Əks halda, biletsiz hərəkət etdiyi üçün cərimə olunacaqlar.
AYNA rəhbərliyi bildirdi ki, son günlər vəziyyətlə yerindəcə tanış olmaq üçün bu cür səfərləri tez-tez edirlər. Müxtəlif istiqamətlər üzrə aparılan təhlillər göstərir ki, vəziyyət heç də pis deyil. Dərs ilinə ciddi hazırlıq gedir. 150 avtobusun artıq 130-u xəttə buraxılıb. Payızda Bakıda mövcud olan 2300 avtobus 2500 olacaq. Bu da kifayət qədər böyük rəqəmdir.
Bakıda avtobusla daşınan sərnişinlər sayı 1 milyondan çoxdur. Metroda isə bu rəqəm 600-800 min arası dəyişir. “28 May” stansiyasında xətlərin ayrılması 10 aylıq çətinlik yaradacaq. Amma bu addım mütləq atılmalı idi. Çünki metronun inkişafından danışarkən xətlərin ayrılmasını ön plana çəkirdik. Bunun faydasını 2030-cü ilədək görəcəyik. Biraz səbrli olmaq faydalıdır”.
Səfər
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












