“Şərəf lövhəsinə şəkli 20 manata vururlar” - Valideyndən iddia

Valideyn Zülfüqar Süleymanov Xırdalan şəhər 2 saylı tam orta məktəbdə şərəf lövhəsi üçün pul yığıldığını iddia edib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən Z. Süleymanov 20 manat ödəmədiyi üçün övladının şəklinin şərəf lövhəsinə vurulmadığını qeyd edib: “Bu Şərəf lövhəsində Uğurumun da şəkli olmalı idi. Lakin bunun üçün 20 manat ödəməli olduğuma görə imtina etdim (pula görə yox). Şərəf lövhəsinin də pul ilə satılması şərəfsizliyin təməlidir”. “Qafqazinfo” məsələylə bağlı məktəbin direktoru Ədalət Camalova ilə əlaqə saxlayıb. Direktor bildirib ki, şəfər lövhəsi son qiymətləndirməyə əsasən may-iyun aylarında yenilənib. Bunun üçün isə şagirdlərdən heç bir ödəniş tələb olunmayıb: “Tədris ili hələ yeni başlayıb. Biz kimdənsə pul tələb etməmişik. Ötən ilin qiymətlərinə görə əlaçıların şəkilləri isə dərs ilinin sonunda şərəf lövhəsinə yerləşdirilib”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












