Sərəncamı saxtalaşdıran şəxslərin ibtidai istintaqı başa çatıb

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamını saxtalaşdırmaqda təqsirləndirilən Elsevər Rufullayev, Əli Mərdanov və Oruc Rzayevin işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim İbrahim İbrahimlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekbarın 24-nə təyin edilib. Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin torpaq sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib. Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Elsevər Rufullayev, Əli Mərdanov və Oruc Rzayev saxlanılıb.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












