Sərhəd qoşunları təlimə başladı - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində taktiki döyüş təliminə start verib. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizənin təmin edilməsi, döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri tərəfindən birgə keçirilən taktiki döyüş təlimləri xüsusi yer tutur. Avqustun 10-da Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələri tərəfindən “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda taktiki döyüş təliminə start verilib. Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardır: Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili;
dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;
sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;
gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması;
raket-artilleriya qurğularından atışların keçirilməsi;
Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması. Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında təlimə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələrin şəxsi heyətinə, DSX Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilib, onların təlimə hazırlıq səviyyəsi yoxlanılıb. Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sərhəd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılıb.
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO










