Sərhəddə tıxac yaranıb - 500-ə yaxın yük maşını dayanıb

Rusiya–Gürcüstan sərhədində Rusiya, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, İran və Ermənistana məxsus 500-ə yaxın böyükhəcmli yük maşını dayanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomagistralında (hərbi yol kimi tanınan Yuxarı Lars) yolların buz bağlamasıdır. Yerli mətbuat Şimali Osetiya Fövqəladə Hallar Xidmətinə istinadla yazır ki, hazırda sərhəddə 491 böyük yük avtomobili və buna müvafiq olaraq bir o qədər də insan var. Xüsusi xilasedicilər onlara müvafiq yardımlar göstərirlər. Amma həmin avtomobillərə yolda hərəkət etməyə məsləhət görülmür. Yolda isə bu cür avtomobillərin sayı artır. Yolda sərnişin tutumu 20 nəfərdən az, şinləri təzə və xüsusi avadanlıqla təmin olunmuş minik avtomobillərinin hərəkətinə icazə verilib. Belə avtomobillər hər iki tərəfdən sərhədə qədər və əks istiqamətdə dövlət yol polisi və digər dövlət strukturlarının köməyi və müşayiəti ilə hərəkət edirlər.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










