Sərhəddəki gömrük postunda sıxlığın səbəbi AÇIQLANDI

Dövlət Gömrük Komitəsi ötən gün sosial şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən videotəsvirlərə münasibət bildirib.
DGK-dan Avtosfer.az-a bildirilib ki, yay mövsümü ilə əlaqədar xaricə, eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə iyulun 15-dən etibarən sutka ərzində “Sınıq Körpü” gömrük postunun idxal və ixrac sərnişin xətləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur.
Nəticədə günün bəzi saatlarında “Sınıq Körpü” gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub. Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük posru normal iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xətlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.
Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobillərin gömrük nəzarəti prosesində hər hansı problem yoxdur.
Namiq
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












