Sərhəddən narkotik keçirmək istəyən şəxslər saxlanılıb - FOTO

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, 4 oktyabr tarixində sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəybala oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Tengiz oğlu saxlanılıblar. Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub. Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan














