Sərhəddi saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, 24 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sərhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspaniyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib. 26 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sərhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı pasportun saxtalaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanılmış şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəyyən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb. 30 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması müəyyən edilib. 06 avqust tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub. Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.
Namiq
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO



















