Sərhədi pozan şəxslər saxlanılıb - FOTO

İran-Azərbaycan sərhədini pozan şəxslər saxlanılıb, külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən (DSX) Avtosfer.az-a verilən məlumata görə, aprelin 23-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərəkət yolları qapadılaraq tam nəzarətə götürülüb. Kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş İran İslam Respublikası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıblar.
Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. Araşdırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasına keçirdikləri külli müqdarda narkotik vasitəni Astara rayonu Hamuşam kənd sakini 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdırmaları müəyyən olunub.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vahabov Ayətulla Calal oğlu saxlanılıb, həyətyanı sahəsində xüsusi yerdə gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olunaraq götürülüb.
Bununla yanaşı, vətəndaş A.Vahabovun öz övladı – 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qaçaqmalçılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyən edilib və vətəndaş M.Vahabov da həbs olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI














