Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı

"47 Ronin" filmi ilə məşhurlaşan rejissor Karl Rinş etdiyi dələduzluq səbəbindən 30 ay müddətinə azadlıqdan məhrum edilib. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, o serial çəkmək adı ilə "Netflix" platformasından 11 milyon dollar alıb. Daha sonra o pulu şəxsi məqsədləri üçün mənimsəyib.
Məhkəməyə təqdim edilən iddianamədə göstərilir ki, Rinş ona ayrılan büdcəni ciddi bir istehsal prosesinə yönəltmək əvəzinə, yüksək riskli fond bazarına və kriptovalyuta yatırımlarına xərcləyib.
Rejissor bununla kifayətlənməyərək, pulların böyük bir hissəsini lüks həyata sərf edib.
İstintaq materiallarına görə, rejissorun lüks alış-verişləri siyahısında bahalı mebellər, brend geyimlər, bir ədəd qırmızı Ferrari və beş ədəd Rolls-Royce avtomobili yer alıb.
Məhkəmə prosesində onun vəkilləri bu addımları ağır psixoloji vəziyyət səbəbindən atdığını iddia ediblər.
Qərar verilməzdən əvvəl, rejissorla "47 Ronin" filmində birlikdə çalışan dünya şöhrətli aktyor Kianu Rivz hakimlə əlaqə saxlayıb.
Məşhur aktyor məktubunda hakimdən keçmiş həmkarı üçün "mərhəmət və güzəşt" tələb edib.
Lakin məhkəmə rejissorun üçün 30 aylıq həbs cəzasını qüvvədə saxlayıb.
![]()
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












