Sərnişin təyyarəni partladacağı ilə hədələyib

Sentyabrın 24-ü günorta saatlarında Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində insident yaşanıb. Təyyarəyə sərxoş vəziyyətdə minən Krasnoyarsk vilayətindən olan 51 yaşlı sərnişin hava gəmisini partladacağı ilə hədələyib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, kişi Bakıya birbaşa aviareyslə uçmaq üçün Krasnoyarskdan Novosibirskə gəlib. Krasnoyarsklı "S7" aviaşirkətinə məxsus təyyarəyə uçmağa hazırlaşan zaman stüardessadan onu ekanom sinfli oturacaqdan biznes sinfi olan hissəyə keçirməyi tələb edib. Sərnişin rədd cavabı aldıqda isə qışqıraraq deyib: "Məndə bomba var! Sizin hamınızı partladacağam!". Bu zaman heyət komandiri dərhal uçuşu təxirə salıb və polis çağırıb. Sərnişinlər təxliyyə olunub. Hava gəmisində xidməti itin köməkliyi ilə axtarış aparılıb. Lakin heç bir partlayıcı maddə aşkar olunmayıb. Sonda təyyarə iki saat gecikmə ilə Bakıya yola salınıb. Sözügedən sərnişin saxlanılıb. Ona qarşı cinayət işi açılıb. İndi sərnişini 5 ilədək həbs cəzası gözləyir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












