Sərnişin təyyarəni qəza çıxışından tərk etmək istəyib

Çində "Hainan Airlines" aviaşirkətinin sərnişini təyyarənin təcili eniş etməsindən sonra uçmağını gözləməkdən yorulub və qəza çıxışından onu tərk etməyə çalışıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə barədə yerli "Weibo" sosial şəbəkəsində məlumat yayılıb. "HU7056" saylı reysi yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar olaraq Sıçıuan əyalətinin Çendu şəhərinə eniş etmək məcburiyyətində qalıb. Hadisə gecə saat 2-də baş verib. Dörd saatdan sonra hava gəmisi hələ də Çendu aeroportunun uçuş-eniş zolağında qalıb, sərnişinlər isə nə qədər gözləyəcəklərini bilməyiblər. Sonda onlardan qəza çıxışına yaxın əyləşən biri gözləməkdən yorulub və təyyarəni tərk etməyə çalışıb. Lakin heyət üzvləri onun bu hərəkətinin qarşısını alıblar. Təhlükəsizlik qaydalarını bilərəkdən pozan sərnişin 10 sutkalıq həbs olunub. Yeri gəlmişkən, təyyarə Çendudan hələ də, uçmayıb, aviaşirkət isə bütün xərcləri öz üzərinə götürərək insanları mehmanxanalara yerləşdirib və onların mənzil başına sürətli qatarla getmələri üçün bilet alıb.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












