Sərnişindaşımada bahalaşmaya çarə tapıldı: Yeni sistem tətbiq oluna bilər

Son günlərdə ictimai nəqiliyyatlarda gedişhaqqınıın artırılması ilə bağlı ciddi iddialar səsləndirilir. İddia olunur ki, sərnişindaşıma tarifləri xərcləri ödəmir. Əslind bu, tanış "havadır". Adətən nəqliyyat xərcləri artırılmazdan əvvəl belə yollarla bir növ "hazırlıq işləri görülür".
Demək olar, hər il sərnişindaşıma tarifləri artır. Bu isə haqlı narazığa səbəb olur. Növbəti qiymət artımı gözlənilirmi?
Bu barədə iqtisadçı-ekspert, Real partiyasının sədri Natiq Cəfərli Azərbaycanda nəqliyyat qiyməti və onların keyfiyyətinin çox yalnış istiqamətdə müzakirə olunduğunu qeyd edib: "Azərbaycanda nəqiliyyatdan istifadənin birdəfəlik qiyməti müzakirə olunur. Bu, çox yanlış yanaşmadır. Ümumən, bir çox xarici ölkələr artıq bu metdoddan imtina ediblər. Birdəfəlik gedişhaqqının hansı səviyyədə olması əslində vətəndaşı çox az maraqlandırmalıdır. Normal tənzimləmə sistemi olduqda mümkündür. Bu sistem isə əsasən normal olaraq günlük, aylıq, altı aylıq, bir illik biletlər dövriyəyə çıxsa zaman artıqca qiymətlər aşağı düşsə o zaman birdəfəlik gedişhaqqının əhəmiyyəti artıq qalmayacaq. Ondan yalnız turistlər və ya anidən məcburiyyətdən minməli olan vətəndaşlar istifadə edəcək. Gündəlik istifadə edənlər isə həftəlik biletlər alacaqlar, amma bir şərtlə ki, zaman artıqca qiymətlər aşağı düşməlidir. Birdəfəlik gedişhaqqı misal üçün əlli qəpik dəyərindədirsə, bir illik biletdə bu, 20-25 qəpik arasında olmalıdır. Düşünürəm, bu cür sistem qurulsa, qeyd olunan problemlər aradan qalxacaq”.
Nəqiliyyat üzrə ekspert Elməddin Muradlı isə hazırki vəziyyətdə ictimai nəqiliyyatın heç də ürəkaçan olmadığını və daşıyıcı şirkətlərin bu gün üçün göstərdiyi xidmət ilə mövcud olan tariflər bir-birlərinə uyğun gəlmədiyini qeyd edib: “İctimai nəqliyyat sahəsində mövcud vəziyyət, təəssüf ki, ürəkaçan deyil. Daşıyıcı şirkətlərin mövqeyindən baxdıqda aydın görünür ki, hazırkı gedişhaqqı göstərilən xidmətlə mütənasib deyil. Halbuki bu şirkətlər sahibkarlıq fəaliyyəti həyata keçirir və əsas məqsədləri qazanc əldə etməkdir. Lakin indiki qiymətlər şəraitində bunu təmin etmək, demək olar ki, mümkün olmur. Gediş haqqının artırılması dövlətin səlahiyyətində olan məsələdir və Tarif Şurasının qərarları əsasında müəyyənləşdirilir. Bu proses ictimai müzakirə yolu ilə əvvəlcədən elan edilmir. Odur ki, yaxın dövrdə qiymətlərin dəyişib-dəyişməyəcəyi barədə konkret fikir söyləmək çətindir. Daşıyıcıların mövqeyinə gəldikdə isə onlar hesab edirlər ki, mövcud tariflər ədalətli deyil. Çünki bir avtobusun alınması yüz minlərlə manata başa gəlir, lakin sərnişin daşınması üçün müəyyən edilmiş məbləğ çox aşağıdır. Üstəlik, avtobusların istismar müddəti də məhdud olduğundan xərclər daha da artır".
Eksper hazırda ictimia nəqiliyyatın dövlət dəstəyinə ehtiyacı olduğunu qeyd edib: "Bu səbəbdən dövlət dəstəyinə ciddi ehtiyac var. Bildiyim qədərilə, gələn ildən “brutto kontraktı” adlanan yeni sistem tətbiq olunacaq. Bu mexanizmə əsasən, dövlət daşıyıcı şirkətlərə sərnişin daşımadan deyil, hər kilometr hərəkətə görə vəsait ödəyəcək. Lakin hələlik bu sistemin sahibkarları tam şəkildə qane edib-etməyəcəyi məlum deyil. Hər halda dövlət tərəfindən bu istiqamətdə yeni addımların atılması müsbət haldır. Lakin prosesin nəticələrinin necə olacağı, qiymətlərin dəyişib-dəyişməyəcəyi barədə dəqiq fikir söyləmək üçün bir qədər gözləmək lazımdır”.(cross.media)
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












