Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmədə həbs edildi

Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmə önünə çıxarılıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisi törətməkdə təqsirləndirilən Fərhad Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən F.Quliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub. F.Quliyev məhkəmə zalında həbs edilib. Xatırladaq ki, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ötən il noyabrın 10-da Siyəzən rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcına vurub. Nəticədə sürücü və sərnişin, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. Sərnişin Elman Rəhimov orada ölüb. İstintaq dövründə F.Quliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












