Sərnişinlə dolu avtobusla "zapravka"ya girdi: Sürücüyə ağır cəza verildi - VİDEO

Sürücünün avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olması, onu işindən edib. Dünən 525 saylı avtobus xəttinin sürücüsü belə bir qayda pozuntusuna yol verib. Bu gün isə həmin sürücü işdən çıxarılıb. Aidiyyatı qurumxəbərdarlıq edir. Sərnişinlərin həyatını təhlükəyə atan sürücülər müntəzəm bir daha digər marşurut xətlərində işə götürülməyəcək. Avtobus içərisi sərnişinlə dolu şəkildə yanacaqdoldurma məntəqəsinə daxil olub. Görüntülər ötən gün Bakı-Sumqayıt yolunda sərnişinlərdən biri tərəfindən çəkilib. Aaraşdırma zamanı məlum olub ki, qanun pozuntusunu metronun ''Əcəmi Stansiyası'' yaxınlığından, Masazır Qəsəbəsinə işləyən 525 saylı marşurut xəttində fəaliyyət göstərənsürücü edib. Məsələ ilə bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq. Şirkətin rəhbəri Rövşən Salamov bildirdi ki, qanunlara əməl edilməsi ilə bağlı sürücülərə mütəmadi olaraq təlimat verilir. Buna əməl etməyənlər isə cəzalandırılır. Bu cür qayda pozuntularına elə sərnişinlərin də münasibəti birmənalıdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sector müdiri Nuridə Allahyarova bildirdi ki, qrum tərəfindən həmin görüntülərə baxış keçirilib və daşıyıcı şirkət qarşısında qəti tələb qoyulub. Daşıyıcı şirkət isə öz növbəsində artıq həmin sürücünü işdən kənarlaşdırıb. Nuridə Allahyarova onu da qeyd etdi ki, sürücülər birmənalı olaraq sərnişinlərin həyatını risqə atmamalıdırlar. Əgər yenə də bu kimi hallar təkrarlanaras, həmin sürücülərə güzəşt edilməyəcək və işdən kənarlaşdırılması üçün göstəriş veriləcək. Üstəlik belə qayda pozan sürücülər bir daha digər marşurut xətlərində də sürücü kimi işləyə bilməyəcək.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












