Sərnişinlər ən çox bu nəqliyyatdan istifadə edir - 132,3 milyon...

Azərbaycanda sərnişinlərin çoxu nəqliyyat vasitəsi kimi avtobuslardan istifadə edir. Avtobuslarla bütün sərnişinlərin 84 faizdən çoxu daşınır.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvarında nəqliyyat vasitələri ilə 157,16 milyondan çox sərnişin daşınıb. Sərnişinlərin 132,3 milyonu avtobuslardan istifadə edib. Son bir ildə avtobusdan istifadə edən sərnişinlərin sayı 8,8 faiz (10,7 milyon sərnişin) artıb.
İnsanların daha çox istifadə etdiyi digər nəqliyyat növü metrodur. Metrodan bir ayda 18 milyon sərnişin istifadə edib. Son bir ildə metrodan istifadə edənlərin sayı 731 min vahid artıb. Sıralamada üçüncü yerdə taksi xidmətləri dayanır. Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 5,88 milyon olub. Bir il əvvəlki tarixlə müqayisədə taksidən istifadə sayı 29 vahid azalıb.
Ay ərzində digər nəqliyyat növlərindən dəmiryolundan 714 min (91 min artım), hava nəqliyyatından 303 min (35 min artım), dəniz nəqliyyatından 2,7 min sərnişin istifadə edib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












