Sərnişinlər nədən narazıdır? - ARAŞDIRMA

Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əksəriyyəti paytaxtda dayanacaqların və kart ödəmə terminallarının azlığından şikayət edir. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdəki rəylər və şərnişinlərin narazılığını əsas götürərək "Finans.az" bu məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, paytaxtda bəzi ərazilərdə dayanacaq, bəzi ərazilərdə isə kart ödəmə terminallarının sayı azlıq təşkil edir. Bununla bağlı sərnişinlər Bakı Nəqliyyat Agentliyinin "Facebook"da yaradılan səhifəsində öz irad və təkliflərini qeyd ediblər. Şərhlərə nəzər salanda məlum olur ki, sərnişinlər daha çox Ziya Bünyadov və Qara Qarayev prospektində vəziyyətdən narazılıq edir. Onların fikrincə, Ziya Bünyadov prospektində çox sayda dayanacaq yeri müəyyənləşdirilsə də nə dayanacaq, nə də terminal yoxdur. Sərnişinlər iddia edir ki, bəzi yerlərdə ödəmə terminalları nasaz vəziyyətdədir. Bundan başqa, paytaxtın bəzi sakinləri hesab edir ki, bəzi yerlərdə lazımsız dayanacaq yerləşdirmək əvəzinə şəhərin mərkəz hissələrində dayanacaq və terminalların sayı artırılmalıdır. Bakı Nəqliyyat Agentliyi sosial şəbəkələrdəki irad və narazılıqlara cavab olaraq rəsmi açıqlamasında ödəniş terminallarının sərnişin axınına uyğun olaraq sərnişinlərin daha sıx olduğu ərazilərdə quraşdırıldığını və paytaxtın demək olar ki, bütün zəruri istiqamətlərində və ya dayanacaq məntəqlərinə yaxın ərazilərdə bu terminalların mövcud olduğunu bildirib. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, bu gün Bakı şəhəri ərazisində avtobus dayanacaqlarında 51 ədəd ödəmə terminalı var. "Bu terminallar harda gəldi quraşdırılmır. Əsasən əhalinin ən sıx olduğu yerlərdə yerləşdirilir", - deyə Mais Ağayev bildirib. O, bəzən müəyyən ərazilərdə yerləşən terminallarda problemlərin olduğunu təsdiqləyir: Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev: "Sosial şəbəkələrdən də görürük ki, terminalların işləməməsi ilə bağlı şikayətlər artıb. Aparılan tədbirlərdən bu nəticəyə gəldik ki, bir çox yerlərdə dayanacaq məntəqələrində sərnişinlər aparatlarla düzgün rəftar etmir. Aparatların içinə xarici ölkələrə məxsus kağız, dəmir pullar, köhnə əskinazlar, xırda daş qırıqları, çubuqlar atırlar. Bu hərəkəti törədənlər də şikayət edənlər də vətəndaşlardır. Bəzi ünvanlardakı terminallardan oğurluq cəhdləri belə olur. Aparat azdır, çatışmır kimi narazılıqlar düzgün deyil. Biz həm də bir qədər planlı olmalıyıq. Müəyyən gediş haqqı ayırıb ayın əvvəlindən 10-20 AZN miqdarında ödəniş karta daxil edilsə, bu cür problemlərlə də qarşılaşmarıq. Bizə daxil olan bütün müraciət və iradlar vətəndaşların xeyrinə uyğun olaraq həll olunur. Bizim üçün ən əsas prinsip sərnişinlərin rahatlığıdır".
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS










