Sərnişinlər təyyarə reyslərinin gecikməsinə görə təzminat tələb edə biləcəklər

Rusiyada beynəlxalq reyslərin gecikməsi və baqajın itirilməsinə görə sərnişinlərə daha çox təzminat tələb etmək hüququ verən Hava Məcəlləsinə düzəlişlər qüvvəyə minib. “Report” xəbər verir ki, Rusiya bundan əvvəl beynəlxalq aviadaşımalar sahəsində bir sıra yeni qaydalar nəzərdə tutan Monreal Konvensiyasına qoşulub. Beləliklə, indi uçuşun gecikməsinə görə aviaşirkətlərin sərnişinlər qarşısında maksimum məsuliyyəti təxminən 5838 dollar təşkil edir. Həmin günə qədər bu məbləğ hər gecikmə saatına görə 0,41 dollar idi. Bundan əlavə, Monreal Konvensiyası sərnişinin daşıyıcıya qarşı iddia qaldırmaq üçün seçim imkanını genişləndirib: əgər daha əvvəl bunu yalnız aviaşirkətin qeydiyyatda olduğu yer üzrə etmək mümkün idisə, Konvensiyaya qoşulduqdan sonra, sərnişinin yaşayış yeri üzrə də iddia qaldırmaq mümkün olacaq. Bazar gününə qədər itirilmiş baqaja görə maksimal təzminat məbləği hər kilorqam üçün 9,77 dollar idisə, indi ən yüksək ümumi məbləğ 1459 dollar təşkil edir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












