Sərnişinlərə XƏBƏRDARLIQ: Bu avtobuslarda qəza ehtimalı yüksək olur

Avtovağzallardan kənar sərnişin daşınması zamanı qəza ehtimalı yüksək olur. Bu barədə Avtosfer.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, şəhərlərarası istiqamətdə sərnişin daşımalarının avtovağzallardan kənar həyata keçirilməsi qeyri-qanunidir. "Dövlət nəzarəti ilə təmin olunan, avtonəqliyyat vasitəsi hər gün texniki baxışdan və sürücüsü tibbi müayinədən keçən müntəzəm marşrut xətlərindən fərqli olaraq qeyri-qanuni daşımalarda qəza ehtimali yüksək olur. Sərnişinlərə xidmət göstərən, müntəzəm marşrut xətləri üzrə müəyyən edilən avtonəqliyyat vasitələri avtovağzallardan və avtostansiyalardan hərəkət edir. Sərnişinlərimizə müraciət edərək bildiririk ki, həyatları üçün təhlükəli olan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmayan, sürücülərini reysqabağı tibbi müayinədən keçirməyən qanunsuz daşıyıcıların "xidmətləri"ndən istifadə etməsinlər! Belə hallarla rastlaşdıqları zaman, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 012 566 52 58 şəhər nömrəsi ilə, səhifəmizin admin və redaktorları ilə və ya həmin daşıyıcılarla bağlı tədbirlərin görülməsinə dair səlahiyyətli qurumların qaynar xətləri ilə əlaqə saxlasınlar. Biz də öz növbəmizdə sizdən daxil olan şikayətləri aidiyyatı üzrə yönəldəcəyik və bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməsinə dəstək olacağıq".
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












