Sərnişinlərin "başını kəsmək" istəyən sürücü cəzalandırıldı

"49 və 136 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslarda sürücülərin yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atması, sərnişinlərlə ünsiyyətdə etik davranış qaydalarına zidd hərəkət etmələrinə dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntülər nəzarətə götürülərək müvafiq qaydada araşdırılıb."
Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə, hər iki marşrut xətti üzrə daşıyıcı dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahat vermələri tələb edilib. "Araşdırma nəticəsində Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 136 nömrəli marşrut xəttində (DQN 90-VU-141) çalışan sürücü Sultanov Orxan Xanməmməd oğlu və 49 nömrəli marşrut xəttində (DQN 90-VS-436) çalışan sürücü Abbasov Elçin Əziz oğlu daşıyıcılar tərəfindən işdən azad edilib. Bununla yanaşı hər iki daşıyıcıya analoji halın baş verməməsi üçün zəruri tədbirlər görməsi ilə bağlı göstəriş verilib."
Qeyd edək ki, adı çəkilən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair videomateriallar hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara təqdim ediləcək. Bununla yanaşı, Orxan Sultanov və Elçin Abbasovun gələcəkdə müntəzəm marşrut xəttində sürücü kimi işə qəbul edilməməsi üçün zəruri tədbirlər görülür.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, qanunverciliyin tələbinə, təlimatlara əməl etməyən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atan müntəzəm marşrut xətlərinin sürücüləri barədə bundan sonra da qətiyyətli tədbirlər görüləcək.
Bu cür xoşagəlməz hallara biganə qalmayan ictimai fəal vətəndaşlara təşəkkürümüzü bildiririk.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










