Sərnişinlərin daşınması üçün avtobusların sayı artırılıb

Bakı Metropoliteni test rejimində fəaliyyət göstərdiyindən 04 iyul 2018-ci il tarixində səhər saatlarından paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirir və sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib.
"Hazırda bütün metrostansiyalarının ətrafında və Nəqliyyat Mübadilə Mərkəzlərində Bakı Nəqliyyat Agentliyinin mobil qrupları fəaliyyət göstərir. Bu ərazilərdən sərnişinlərin müxtəlif istiqamətlərə daşınması üçün marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı da artırılıb.
Zərurət olduğu halda müvafiq marşrut xətləri üzrə sərnişinlərin daşınmasını həyata keçirmək üçün Bakı Nəqliyyat Agentliyinin ərazisində ehtiyyat nəqliyyat vasitələri toplanılıb.
Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etmələrini xahiş edirik", - deyə o bildirib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












