Sərnişinlərin NƏZƏRİNƏ: "Xətai" stansiyası bağlandı

Bakı Metropoliteninin "Xətai" stansiyası bu gündən etibarən təmirə bağlanıb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, stansiya gecə saat 24:00-da sonuncu sərnişinləri daşıyıb və bundan sonra təmirə dayanıb: "Bu gündən artıq stansiya sərnişinlərə xidmət göstərmir. Təmir müddəti 10 ay nəzərdə tutulub. Ola bilər ki, işlər sürətli gedərsə, vaxtından əvvəl istifadəyə verilə bilər. Amma bu işin gedişindən asılıdır. Çünki eskalatorların dəyişdirilməsi incə prosesdir". B.Məmmədov bildirib ki, stansiyanın təmir müddətində həmin ərazidə sərnişinlərə 2 marşrut üzrə avtobuslar xidmət göstərəcək.
Xatırladaq ki, təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək və əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub. Qurum rəsmisi əlavə edib ki, "Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq: "Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq. Həmin müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq. Təmir müddətində "Xətai-Cəfər Cabbarlı" mənzilində sərnişin qatarları hərəkət etməsə də, "Cəfər Cabbarlı" stansiyası fəaliyyətini davam etdirəcək və sərnişinlər buradan "28 May" stansiyasına keçid kimi istifadə edə biləcəklər".
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










