“Şərq-Qərb” avtomagistralının tikintisi davam etdiriləcək

“Şərq-Qərb” avtomagistralının (E 60) Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi davam etdiriləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yolun tikintisi ilə əlaqədar dekabrın 3-də Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti ilə Türkiyənin “Polatioli və mapa” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət E 60 magistralının Gürcüstan ərazisindən keçən və Qriqoletidən Kobuletiyə qədər olan 14 kilometrlik hissəsini tikəcək. Ümumi dəyəri 228 milyon lari olan (85 milyon dollardan çox) layihə Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək. Tikinti işlərinin 24 aya başa çatdırılması nəzərdə tutulub. E 70 avtomagistralının bir hissəsi olan bu yol dörd zolaqlı olacaq. Yolda 22 keçid, 4 nəqliyyat qovşağı, qrunt sularının axıdılması üçün yeraltı kanallar tikiləcək. Bu yol region ölkələri arasında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcminin artmasında, turizmin inkişafında mühüm rol oynayacaq.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












