Şərurlu İsfəndiyardan NÖVBƏTİ ŞİKAYƏT: "18 ildir, mənə 73 min dollar borcludur, QAYTARMIR" - FOTO

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı redaksiyamıza şikayət daxil olub.
Avtosfer.az xəbər verir ki, oxu.az-a danışan şikayətçi Elşən Səmədov bildirib ki, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.

Şikayətçi fikirlərini belə ifadə edib:
"2007-ci ildə Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Azərtikinti ATF" MMC-dən (Sonradan "Orxan" MMC) iki mənzil almışam. Mənzillərdən biri birotaqlı, digəri ikiotaqlı idi. 2007-ci il mayın 24-də 40 min 700 dollara ikiotaqlı mənzili, iyulun 18-də isə 33 min dollara olan birotaqlı mənzili almışıq.

Mənzilləri "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyevdən aldıq, amma şirkətin sahibi İsfəndiyar Axundovdur. Həmin Azər Quliyevi də sonradan həbs etdilər. Şərurlu İsfəndiyar şirkətlərini başqa adamların adına keçirir ki, problem yaşamasın. İsfəndiyar Axundov ümumilikdə mənə 73 min 700 dollar borcludur. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər çox adama satılıb, tikilmir. Mənə verilən sənədlər başqalarına da verilib.

Bu illər ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər qurumlara müraciət etmişik. Lakin İsfəndiyar Axundovla bağlı heç bir tədbir görülmür".

Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












