Sərxoş halda tutlan sürücü məmur oğludur? - DYP-dən açıqlama
Gündəm
1 Noyabr 2018 11:42

Fərhad Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır
DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır. Avtosfer.az xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib. Əldə edilən məlumata görə, Fərhad Eldar oğlu Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.
Qeyd edək ki, F.Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır.
Görüntülər yayılandan sonra Hüseyn adlı reklam meneceri bir neçə telekanala zəng edərək məhz Fərhad Hacıyevin görüntülərinin efirə verilməməsini xahiş edib.
***
“AZAL”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən şəxsin qurumun vitse-prezidenti Eldar Hacıyevlə heç bir bağlılığı yoxdur: “O şəxs Eldar Hacıyevin oğlu deyil. Məlumat yanlışdır”.
Bakı Şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sərxoş halda saxlanılan sürücü Fərhad Hacıyev "AZAL"ın vitse-prezidenti Eldar Hacıyevin oğlu deyil: "Eldar müəllimin 3 övladı var, onları da tanıyıram. Reyddə tutulan adam onun oğlu deyil. Görünür kimlərsə "AZAL"a və Eldar müəllimə qarşı fəaliyyətə keçib və onun işinə kölgə salmağa çalışırlar".


Oxunub : 1175
DİGƏR XƏBƏRLƏR
17 Oktyabr 2026 14:00
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
17 Oktyabr 2026 13:14
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
ŞƏRH YAZ












