Sərxoş halda tutulan qadın sürücü yol polislərinə qarğış etdi - VİDEO

Sərxoş qadın sürücü onu saxlayan yol polisi əməkdaşına qarğış edib. Avtosfer.az xəbər verir ki, Başqırdıstanda baş verən hadisə polis kamerasına düşüb. Belə ki, yol polisi əməkdaşları xidmət apardıqları ərazidə şübhələndikləri avtomobili saxlayıblar. Yoxlama zamanı 43 yaşlı qadın sürücünün sərxoş olduğu müəyyən olub.
Əməkdaşlar ona həm protokol yazmaq, həm də avtomobili duracağa aparmaq üçün ondan avtomobildən düşməsini istəyiblər. Ancaq qadın içkini ötən gün içdiyini və avtomobildən düşməyəcəyini deyib. Bir müddət polis əməkdaşlarına dirənən qadın nəhayət avtomobildən enib. Polis avtomobilinə əyləşən qadın: “Mən “samaqonu” ötən gün içmişəm, ona görə də ağzımdan iy gəlir” - deyərək özün müdafiə edib. Cəzadan qurtulamayacağını görən qadın ona protokol yazan əməkdaşa qarğış edərək ailəsini lənətləyib.
Nəticədə qadın sürücü içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, ona protokol tərtib edilib və sürücülük vəsiqəsi əlindən alınıb. Bundan əlavədə, nəqliyyat vasitəsi də duracağa yerləşdirilib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu










