Səudiyyə Ərəbistanı təyyarələrini havada yanacaqla doldurmasından imtina edib

Səudiyyə Ərəbistanı başçılıq etdiyi koalisiya təyyarələrinin Amerika hərbçilərinin köməkliyi ilə havada yanacaqla doldurulmasından imtina edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Səudiyyə informasiya agentliyi məlumat yayıb."Səudiyyə Ərəbistanı Krallığı və koalisiya dövlətlərinin öz hərbi potensiallarının inkişafı və möhkəmləndirilməsi üzrə səyləri sayəsində havada özünü yanacaqla təmin etmək imkanlarını artırmaq mümkün oldu. Bunu nəzərə alaraq və ABŞ-la məsləhətləşmələrdən sonra koalisiya Amerika tərəfindən Yəməndə təyyarələri havada yanacaqla təmin etmək üçün öz hava gəmilərini göndərməyi dayandırmasını xahiş edir", - deyə məlumatda bildirilir. "Reuters"in rəsmi şəxslərə istinadən verdiyi məlumata görə, ABŞ öz növbəsində bu xahişi dəstəkləyib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












