Sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən Ulduz Musayevanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, hadisə Gədəbəy rayonunun mərkəzində baş verib. Rayonun Arıqdam kənd sakini 30 yaşlı U.Musayeva mübahisə zəmnində Çalburun kəndindən olan 25 yaşlı Sahib Rüstəmova xəsarət yetirib. Əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına ilkin tibbi yardım göstərilən gənc daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya qarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yara diaqnozu qoyulub. Onun həyatını xilas etmək mümkün olub. Mübahisə zamanı U.Musayeva da ayağından xəsarət alıb. U.Musayeva ilkin ifadəsində bildirib ki, qeyri-rəsmi nikahda olduğu Kamil adlı şəxslə mübahisə edən zaman onun tanışı S.Rüstəmov onların arasına girib. Bu zaman bıçaq S.Rüstəmova dəyib.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












