Sevil Nuriyevanın həyat yoldaşı güllələnərək qətlə yetirilib - FOTO

Azərbaycanlı jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, iş adamı Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, o, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Hadisə zamanı yaralanan iş adamı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. İlkin ehtimala görə, Gözəl Dəmirov adlı şəxslə arasında pul məsələsi olan E.İsmayılov qarşı tərəflə Floradakı ofisində görüşüb. Ofisdə onların arasında mübahisə düşüb. Mübahisə silahlı insidentə çevrilib. Dava zamanı G.Dəmirov E.İsmayilovu başından və ürəyindən vuraraq ağır yaralayıb, daha sonra isə hadisə yerindən qaçıb. Polis briqadaları Dəmirovu yaxalamaq üçün rayon üzrə genişmiqyaslı əməliyyata başlayıb. Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA













