Şəxsi məlumat xarakterli kamera görüntülərini paylaşanlara cinayət işi açılacaq

Türkiyədə sübut və ya şəxsi məlumat xarakterli təhlükəsizlik kamera görüntülərini paylaşanlar haqqında cinayət işi açılacaq. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər Nazirliyi məlumat yayıb. Məlumata görə, məqsəd, sübut və ya şəxsi məlumat xarakterli təhlükəsizlik kamera görüntülərinin yayılmasının qarşısını almaqdır. Daxili işlər naziri Süleyman Soylunun imzası ilə yerlərə göndərilən sənəddə cinayət və cinayətkarlara qarşı mübarizə çərçivəsində təhlükəsizlik kameralarının dövlət və özəl sektor tərəfindən səmərəli istifadə edildiyi xatırladılıb. Kameraların 24 saat işlədiyi bildirilib. Sənəddə təhlükəsizlik kameraları vasitəsilə dəlil və ya şəxsi məlumat xarakteri daşıyan görüntülərin yayılmasının istintaqın gizliliyinə, cinayətkarlığa qarşı mübarizəyə, özəl həyatın gizliliyinə mənfi təsir göstərdiyinə görə cinayət olduğu vurğulanıb.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












