Şəxsin avtomobilini və pulunu mənimsəyib aradan çıxdılar - VİDEO

Qazax sakini 10-a yaxın vətəndaşı aldadıb. O, bəzilərinin avtomobilini əlindən alıb, bəzilərinin isə külli miqdarda pulunu mənimsəyib. Qazax və Ağstafa rayonlarından olan bir qrup şəxs iddia edir ki, Qazaxın Çaylı kənd sakini Əli Axundov onları aldadıb. Zərərçəkənlərin iddialarına görə, adıçəkilən şəxs onların avtomobillərini müxtəlif yollarla əllərindən alaraq satıb.
Bir neçə nəfərdən isə müxtəlif vədlər verərək qızıl-zinət əşyası və nağd pul alaraq mənimsəyib. Zərərçəkənlər Əli Axundovu tanıdıqları üçün ona etibar etdiklərini, bu səbəbdən də aldadıldıqlarını bildiriblər.
Zərərçəkənlər Ağstafa və Qazax rayon polis şöbələrinə müraciət ediblər, araşdırma aparılır.
Məsələ ilə bağlı Əli Axundovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin bildirildi ki, həmin ailə xeyli müddətdir ki, rayonda yox, Bakıda yaşayır. Ünvanlarını da heç kim bilmir.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










