Şəxsin daxili orqanında narkotik vasitə aşkarlandı - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli üzərində "F/M40" nişanəsi olan metadon adlı dərman preparatları, 18 ədəd qırıntı halında həblər və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub. Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Namiq
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












