Şəxslərdən narkotik vasitə və psixotrop maddə götürülüb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan Avtosfer.az-a verilən xəbərə görə, yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Daxili orqanından aşkar edilən 3 ədəd bükümdən birində qablaşdırılma ilə birgə ümumi çəkisi 1,69 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər bükümdə qablaşdırılma ilə birgə ümumi çəkisi 9,19 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə-metamfetamin, sonuncu bükümdə isə 4 ədəd üzərində FM40 nişanəsi olan "metadon" həbləri müəyyən edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Bundan başqa, hənin idarəyə daxil olan məlumat əsasında İrandam Azərbaycana piyada gələn qonşu ölkənin vətəndaşı Asbaghikourabaslou Saeid Samad Biləsuvar gömrük postunda saxlanılıb. Onunla aparılan şifahi sorğu-sual zamanı həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin, narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Bununla belə, yoxlama zamanı davranışları ilə gömrükçülərdə şübhə yaradan Asbaghikourabaslou Saeid Samad Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun daxili orqanlarının tibbi müayinəsi zamanı düz bağırsağından 6 büküm aşkarlanıb. Bükümlərdən 5-nin içərisində qablaşdırılma ilə birgə ümumi çəkisi 149 qram olan, ağ rəngli, kristal şəklində psixotrop maddə - metamfetamin, sonuncu bükümdə isə 2 ədəd ayrı-ayrı sellofana bükülü şəkildə, qablaşdırılma ilə birlikdə ümumi çəkisi təqribən 1 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO











