Şeyxin 300 milyon dollarlıq yaxtası açıq dənizdə lövbər atdı - FOTO

Dubay şeyxi Abdullah Əl Futtaimin “Radiant” ultralüks yaxtası Bodrum limanına girə bilməyib. Uzunluğu 110 metr olan 4 mərtəbəli yaxta elə açıq dənizdə lövbər salıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 286 milyon dollar qiyməti olan yaxtada gün ərzində yaşanan hərəkətlilik diqqətdən yayınmayıb. Yaxtanın üzərində olan təhlükəsizlik sistemlərinin ən müasir səviyyədə hazırlandığı bildirilir. Belə ki, xüsusi qorunan yaxtaya 100 metrdən az yaxınlaşmaq mümkün deyil. Başqa bir yaxta yaxınlaşdıqda isə süni dalğa yaradaraq uzaqlaşdırılır.

Yaxtanın mühüm xüsusiyyətlərindən biri isə fövqəladə vəziyyətlərdə qırıcı təyyarələrdə olduğu kimi katapult sisteminin olmasıdır. Yaxtaya hər hansı hücum olarsa, turbo mühərrikləri 75 knot sürət yığa bilir. Hər cür lüks şəraiti olan yaxtanın içərisində restoranlar, barlar, əyləncə mərkəzlərinin, həmçinin idman mərkəzi və hamamın olduğu bildirilir. Gəminin göyərtəsində cakuzilər qoyulub, arxa tərəfində isə su idmanı ilə məşğul olmaq üçün müxtəlif ləvazimatlar yer alıb.

Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










